ABŞ Prezidenti Tramp Qrenlandiya xalqına müraciət edib: - Sizi bizim bir hissəmiz olmağa dəvət edirik

  • By Admin2
  • 10 Mart 2025 10:45

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Qrenlandiya xalqına müraciət edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp deyib:

“Əgər seçsəniz, sizi dünyanın ən böyük dövlətinin, Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmağa dəvət edirik”

Qrenlandiya xalqına xitabən Tramp həmçinin deyib:

“İkinci Dünya Müharibəsindən bəri olduğu kimi, sizi qorumağa davam edəcəyik” 

Qeyd edək ki, Qrenlandiyanın ABŞ-ın milli və beynəlxalq təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Tramp, “Bu və ya digər şəkildə Qrenlandiyanı alacağıq” deyib.

Orxan

Gununsesi.info