Azərbaycandan Fələstinə dəstək

Azərbaycan Fələstində 600 tələbə tutumlu məktəb inşa edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov deyib.

O, qeyd edib ki, Azərbaycan Fələstinin Nablus şəhərində 600 tələbə tutumlu məktəb inşa etməyi öhdəsinə götürüb.

Bayramov, atəşkəsin Fələstin xalqının qanuni tələbləri də daxil olmaqla, beynəlxalq hüquqa əsaslanan davamlı sülh prosesinin başlanğıcı olması baxımından mühüm olduğunu vurğulayıb və Azərbaycanın Fələstin məsələsinin iki dövlətli həllini dəstəklədiyini bildirib.

Şəbnəm

Gununsesi.info