
Ağcabədidə faciəli hadisə baş verib.
Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb.
2 yaşlı Zəfər Cəfər oğlu Qurbanzadə yaşadığı evdə qaynar su içib. Ağız boşluğundan yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Faktla bağlı araşdırma aparılır.