BMT İsrailin Qəzza ilə bağlı qərarını “soyqırım” adlandırdı

  • By Günel
  • 10 Mart 2025 08:55

Qəzza zolağına elektrik enerjisinin kəsilməsi Fələstin xalqına qarşı soyqırımdır.

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese deyib.

O həmçinin qeyd edib ki, İsrailə qarşı sanksiyaların olmaması və bu ölkəyə silah tədarükünə embarqonun qoyulması soyqırıma yardım deməkdir.

Gununsesi.info