İmtahanda 3 nəfərdə mobil telefon aşkarlandı

  • By Günel
  • 09 Mart 2025 15:28

Bu gün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən Gununsesi.info -ya verilən məlumata görə, imtahanda 58732 şagird iştirak edib.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

Gununsesi.info