
İsrailin Qəzzaya hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 48 min 458-ə yüksəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana davam edən hücumlarından sonra atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda şəhid olan 5 fələstinlinin cənazələri xəstəxanalara çatdırılıb.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yanvarın 19-da İsrail ilə Həmas arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.
Açıqlamada son 24 saat ərzində 5 nəfərin cəsədinin xəstəxanalara çatdırıldığı, 37 nəfərin yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən 19 yanvar atəşkəs rejiminə qədər davam edən Qəzza zolağına hücumlarında həyatını itirən fələstinlilərin sayının 48 min 458-ə, yaralı sayının isə 111 min 897-yə yüksəldiyi bildirilib.
HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəs rejimini tez-tez pozmağa davam edir.
Orxan