
Xalq artisti Mehriban Zəki ən böyük səhvindən danışıb.
Gununsesi.info xəbər verir ki, “Pərvizə görə”də qonaq olan aktrisa deyib ki, həmin səhvi özünə uzun müddət bağışlamayıb:
“Onu deməyəcəyəm. Onun qənaətinə də gəlmişəm. Nə üçün deyirəm, böyüyüb, dəyişib, daha məsuliyyətli oluram. Etdiyim səhv var idi, onu uzun müddət özümə bağışlamırdım. İnsan müəyyən məqamda özünü bağışlamağı bacarmalıdır. Sən səhvlərinə görə özünü bağışlamayanda, onun günah hissi ilə yaşayanda travma ilə yaşayırsan. Bükülürsən və o səni çəkib aparır, başqa səhvlər də edə bilərsən. Analiz etdin, dərk elədin, başa düşdün ki, yanlış olub. Özünü bağışla və davam et. Özümü bağışlamağa çalışıram. Dilə tutdular, etdim”.
M. Zəki aparıcı Pərviz Hüseynin “Siz bir seriala çəkilmişdiniz. Anaya obrazını canlandırmışdınız” sözlərindən sonra ən böyük səhvinin “Anaya”da oynamaq olduğunu etiraf edib:
“Elə Anaya obrazını nəzərdə tuturdum. Amma demirdim. Onu deyirdim ki, ən böyük səhvim odur”.
Şəbnəm