Fransa Rusiya pulları ilə Ukraynaya hərbi yardım edəcək

  • By Günel
  • 09 Mart 2025 14:06

Fransa Ukraynaya 195 milyon avro dəyərində yeni hərbi yardım paketi ayıracaq və bu paket Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyələşdiriləcək.

Gununsesi.info xəbər verir ki Fransanın müdafiə naziri Sebastyan Lekornu “La Tribune Dimanche” qəzetinə müsahibəsində bildirib.

Məlumata görə, aktivlərdən yığılan məbləğ Ukraynaya “Mirage-2000” qırıcılarında istifadə olunan 155 mm-lik mərmi və AASM aviasiya bombalarını tədarük etməyə imkan verəcək.

Gununsesi.info