Dünya Kubokunu 1 medalla başa vurdular

  • By Günel
  • 09 Mart 2025 13:53

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.

Gununsesi.info xəbər verir ki, turnirin son günündə Azərbaycan gimnastı İvan Tixonov final görüşünə çıxıb. 29 yaşlı idmançı turnik hərəkətində 9,233 xal toplayaraq 8-ci olub.

Dayaqla tullanmada isə Murad Ağarzayev 12,799 xalla 7-ci olub.

Qeyd edək ki, ötən gün halqa hərəkətində Nikita Simonov qızıl medal qazanıb.

Gununsesi.info