İctimai fəal cinayət məsuliyyətinə cəlb olunub

  • By admin
  • 10 Mart 2025 10:46

İctimai fəal Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb olunub.

 

Gununsesi.info-nun xəbərinə görə, o, bir ilə yaxındır həbsdə olan meclis.info saytının rəhbəri İmran Əliyevin işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Lakin istintaq dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Bildirilir ki, E.Qəhrəmana Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham verilib. Onların arasında qaçaqmalçılıq, vergidən yayınma, cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılması, qanunsuz sahibkarlıq və başqa ittihamlar var.

Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

 

Günay

Gununsesi.info