
Ukraynanın nadir torpaq ehtiyatları ilə bağlı sövdələşmə ABŞ-nin Kiyevlə hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa etməsi üçün kifayət etməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə NBC mənbələrə istinadla məlumat yayıb.
“Donald Tramp köməkçilərinə başa salıb ki, sövdələşmədən əlavə, Volodimir Zelenskinin sülh danışıqlarına münasibətini dəyişməsi və ərazi danışıqları da daxil olmaqla güzəştə getməyə hazır olması zəruridir. Tramp həmçinin Ukraynada seçkilərin keçirilməsi istiqamətində irəliləyiş əldə etməyə çalışır və Zelenskinin istefası barədə düşünməsini istəyir”, – məlumatda qeyd olunub.