Samuxda 4 ton ot bağlaması yandı

  • By Günel
  • 09 Mart 2025 16:13

Samux rayonunun Qarayeri qəsəbəsində həyətyanı sahədə yığılan 4 ton ot bağlaması yanıb.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, ot bağlamalarının qalan hissəsi və yaxınıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info