Suriyada silahlı toqquşmalarda iki erməni həlak olub

  • By Günel
  • 09 Mart 2025 13:16

Suriyanın Əl-Laziqiyyə bölgəsində baş verən silahlı qarşıdurmalarda iki erməni həlak olub.

Gununsesi.info -nun məlumatına görə, bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir.

Ölənlərin ata və oğul olduğu bildirilir. Onlar Antuan və Fati Putrosdurlar.

Xatırladaq ki, martın 6-da Suriyanın Tartus, Hüms və Əl-Laziqiyyə bölgələrində təhlükəsizlik qüvvələri və keçmiş prezident Bəşər Əsədin tərəfdarlarının silahlı qrupları arasında toqquşmalar başlayıb.

Gununsesi.info