
Şimali Koreya hökuməti Sarı dəniz istiqamətində çoxsaylı ballistik raketlər buraxıb. Maraqlıdır ki, Pxenyanın sonuncu raket sınağı ABŞ və Cənubi Koreyanın regionda “Azadlıq Qalxanı” təliminə başladığı gün baş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya bu gün birgə Azadlıq Qalxanı təliminə görə ABŞ və Cənubi Koreyaya cavab verib.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bəyanatında Şimali Koreyanın Sarı dəniz istiqamətində çoxsaylı ballistik raketlər atdığını bildirib.
Raketlərin yerli vaxtla saat 13:50-də Şimali Koreyanın Hvanqhae bölgəsinin daxili hissələrindən atıldığı bildirilən açıqlamada, “Ordumuz ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində müşahidə və təhlil fəaliyyətlərini davam etdirərək ayıq-sayıq olmağa davam edəcək” deyilib.
Orxan