Millimiz İrana qalib gəldi

Azərbaycan U-17 millisi bu gün UEFA İnkişaf Kubokunda 2-ci tur oyununa çıxıb.

Gununsesi.info xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb. Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.

Xatırladaq ki, millimiz ilk matında Rusiya ilə qarşılaşıb və böyük hesabla uduzub – 0:3. Komanda növbəti görüşünü Qazaxıstan millisinə qarşı keçirəcək. Matç fevralın 19-da oynanılacaq.

12:00. İran U-17 – Azərbaycan U-17 – 0:1

Qol: Amin Rzayev, 47

 

 

Gununsesi.info