Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı

  • By Günel
  • 21 Fevral 2025 19:30

Xocalı rayonunda mina partlayıb.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.

Belə ki, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Gununsesi.info