Bəxtiyar Hacıyev hakimi küsdürdü - QALMAQAL

  • By admin
  • 21 İyun 2024 16:16

Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində siyasi fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Gununsesi.info xəbər verir ki, prosesdə çıxış edən Ülviyyə Alovlu Hacıyev haqqında böhtan xarakterli fikirlər səsləndirib.

Onun bu dediklərinə etiraz edən Hacıyev hakimə irad bildirib.

Belə ki, hakim Əli Məmmədova irad bildirən Hacıyev ondan tələb edib ki, Alovluya iş üzrə danışması barədə xəbərdarlıq olunsun.

Ancaq hakim bu məhəl qoymayıb.

 

Bundan sonra tərəflər arasında  belə dialoq yaranıb.

Bəxtiyar Hacıyev: “Hakim, prosesi adam kimi apar!”

Hakim Əli Məmmədov: “Xəbərdarlıq edirəm!”

Bəxtiyar Hacıyev: “Adam deyilsən!”

Hacıyevin bu sözündən sonra Əli Məmmədov prosesi  yarımçıq saxlayaraq, zalı tərk edib.

 

Elmar

Gununsesi.info