Göygöldə qadın bıçaqlandı - 17 yaşlı oğlu saxlanıldı

  • By ilhame
  • 26 İyul 2024 20:06

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb.

1989-cu il təvəllüdlü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, S. Nəsibova öz oğlu tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R. Yusibov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info