Rusiyada 1000-ə yaxın miqrant həbs olunub

  • By ilhame
  • 26 İyul 2024 20:47

İyul ayı ərzində Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətində polis 1000-ə yaxın miqrantı həbs edib.

 

Gununsesi.info xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

“Onların əksəriyyəti miqrasiya qanunlarının pozulması ilə bağlı saxlanılıb” , – hesabatda qeyd olunur.

 

Yoxlamalar nəticəsində yüzlərlə qanun pozucusu həbs edilib.

 

“Miqrasiya qanunvericiliyinin ən kobud şəkildə pozulmasına yol vermiş 900-dən çox əcnəbi bir neçə il ərzində geri qayıtmaq qadağası ilə Rusiya Federasiyasından deportasiya olunmaq üçün ixtisaslaşdırılmış mərkəzlərə yerləşdirilib”, – deyə Baş İdarədən bildirilib.

 

Bundan əlavə, qeyri-qanuni miqrasiya üçün kanallar təşkil edən iki cinayətkar qrup da məhv edilib.

Gununsesi.info