Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib -Foto

  • By ilhame
  • 26 İyul 2024 22:04

Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.

 

Gununsesi.info xəbər verir ki, milli komanda paraddan 16-cı keçib.

 

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.

 

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

 

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.

Gununsesi.info