Türkiyəli futbolçu A Seriyasından ayrılıb

  • By ilhame
  • 09 İyul 2024 19:00

İtaliya təmsilçisi “Verona”nın türkiyəli futbolçusu Mert Çetin klubdan ayrılıb.

 

Gununsesi.info xəbər verir ki, yığmanın üzvü bu barədə özü sosiyal şəbəkə hesabında bildirib.

 

27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

 

Qeyd edək ki, M.Çetin daha əvvəl İtaliyada “Roma”nın şərəfini qoruyub.

Gununsesi.info