Məşhur NBA oyunçusu vəfat edib

  • By ilhame
  • 30 Sentyabr 2024 19:24

NBA-da çıxış edən sabiq basketbolçu Dikembe Mutombo dünyasını dəyişib.

 

Gununsesi.info xəbər verir ki, 58 yaşlı Konqo əsilli ABŞ-li oyunçu beyin xərçəngi səbəbindən vəfat edib.

 

1991-2009-cu illərdə Milli Basketbol Assosiasiyasında çıxış edən D. Mutombo dörd dəfə NBA-nın ən yaxşı müdafiəçisi seçilib.

Gununsesi.info