Livanda yaşayış binasına zərbə endirilib, 45 nəfər ölüb

  • By ilhame
  • 30 Sentyabr 2024 19:01

Livanın cənubundakı Sayda şəhərinin şərqindəki yerləşən Ain El Delb qəsəbəsində yaşayış binasına endirilən zərbə nəticəsində ölən mülki şəxslərin sayı 45-ə çatıb, 70 nəfər yaralanıb.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.

 

İsrailin hava hücumu nəticəsində qəsəbədə çoxmərtəbəli bina tamamilə uçub. Binada Livanın cənubundan olan qaçqınlar olub.

Gununsesi.info