“Fənərbağça”nın futbolçusu zədə səbəbindən Avropa Liqasının oyununu buraxacaq

  • By ilhame
  • 30 Sentyabr 2024 19:34

Türkiyənin “Fənərbağça” kollektivinin müdafiəçisi Çağlar Söyüncü UEFA Avropa Liqasında II turun oyununu zədə səbəbindən buraxacaq.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun sol ayağında zədə aşkarlanıb.

 

O, Avropa Liqasının II turunda Niderland təmsilçisi “Tvente”yə qarşı matçda meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 3-də Niderlandda baş tutacaq.

Gununsesi.info