Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

  • By ilhame
  • 30 Sentyabr 2024 19:13

Qəzza zolağına edilən hücumlarda daha bir jurnalist həyatını itirib.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.

 

Bildirilib ki, bir neçə ingilisdilli KİV-də çalışan jurnalist Vəfa Əli əl-Adeini Qəzzaya hücumu zamanı həlak olub.

 

Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 174-ə yüksəlib.

Gununsesi.info