Nardaranda qadın özünü asdı

  • By Günel
  • 07 Oktyabr 2024 08:58

Bakının Sabunçu rayonunda intihara cəhd olub.

Gununsesi.info xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü A.Ş (ad və soyad şərtidir) yaşadığı evdə özünü asıb.

O, ağır vəziyyətdə qohumları tərəfindən aşkarlanaraq xəstəxanaya çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağır olaraq qalır.

Gununsesi.info