Daha bir vəzifəli şəxs işdən çıxarıldı…

Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov vəzifəsindən azad edilib.

Gununsesi.info Pravda.az-a istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərovun təyin edildiyi bildirilir.

Gununsesi.info