Azərbaycan ordusunda yeni təyinat

Azərbaycan ordusunda mühüm dəyişikliklər edilib.

Gununsesi.info Nyus.24.az-a istinadla xəbər verir ki, 3-cü Ordu Korpusu – Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional hərbi birləşməsinin rəhbəri polkovnik Oruc Abdullayev vəzifəsindən azad edilib.

Bildirək ki, onu Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun Komandiri Bilal İsmayıl oğlu Çompuzov əvəz edib.

Eyni zamanda, Azərbaycan Ordusunun Laçın Korpusunun Komandiri, general-mayoru Münasib Babayev də tutduğu vəzifədən azad edilib.

Gununsesi.info