Pakistanda hava limanı yaxınlığında partlayış törədilib - Ölən və xəsarət alanlar var

  • By Günel
  • 07 Oktyabr 2024 08:15

Pakistanın Kəraçi şəhərində beynəlxalq hava limanı yaxınlığında baş vermiş partlayış nəticəsində azı bir nəfər ölüb, daha on nəfər yaralanıb.

Gununsesi.info bildirir ki, “Report”un məlumatına görə, bu barədə “Geo News” telekanalı xəbər yayıb.

Məlumata görə, hakimiyyət orqanları partlayışın əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini ehtimal edir.

Hadisə yerinə hüquq-mühafizə orqanları və yanğınsöndürənlər cəlb olunub.

Gununsesi.info