Papuaşvili: ABŞ-nın gürcü rəsmilərinə qarşı sanksiyaları qeyri-ciddi addımdır

  • By ilhame
  • 07 İyun 2024 21:14

ABŞ-nın gürcü rəsmilərinə qarşı sanksiyaları bu ölkəyə yaraşmayan qeyri-ciddi addımdır.

 

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

 

O, qeyd edib ki, dostluğa cavab olaraq belə qeyri-ciddi bəyanatlar və ya qərarların qəbulu təəssüf doğurur:

 

“Bir daha vurğulamaq istərdim ki, gürcü xalqı 30 il ərzində ABŞ-yə dostluq nümayiş etdirib. Təəssüf ki, bu dostluğa cavab olaraq qeyri-ciddi bəyanatları görürük”, – Ş.Papuaşvili bildirib.

 

Xatırladaq ki, iyunun 6-da ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller daha onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb.

Gununsesi.info