Türkiyənin Kayseri şəhərində xalq ayağa qalxdı

Türkiyədə məskunlaşmış suriyalı bir kişinin 5 yaşındakı qız uşağına etdiyi seksual xarakterli qeyri -etik hərəkətlərindən qəzəblənən xalq küçələrə çıxıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən bildirir ki, şəhər əhalisi  burada məskunlaşmış suriyalıların iş yerlərini və avtomobillərini yandırmağa başlayıblar.

Şəhərə yeridilən polis birlikləri ilə əhali arasında toqquşmalar olub, ona yaxın polis müxtəlif dərəcələrdə xəsarətlər alıb.   

Kayseri valisi Gökmən Çiçək, əhalinin toplaşdığı ərazidə yerləşən binalardan birinin balkonundan xalqa müraciət edərək, dağılışmalarını istəyib.

Polis su püskürən TOMA maşınları ilə izdihamı dağıtmaq istəsə də, buna tam nail ola bilməyib.

 

 

Xəqani

Gununsesi.info