Avropada ifrat sağ partiyalar birləşir

Avstriya, Macarıstan və Çexiyadakı sağçı partiyalar İttifaq qurmağı qərara aldılar.

Gununsesi.info xarici mətbuata istinadən bildirir ki, Avropanın ən çox qorxduğu bir prosesə start verilib.

Avstriyanın aşırı sağçı  Müstəqillik (FPO) , Macarıstan baş naziri Viktor Orbanın Fidesz, bir vaxtlar Çexiyanın baş naziri olmuş Andrey Babisin ANO partiyaları Avropa Parlamentində fraksiya yaratmaq qərarı alıb.

Birgə bəyənatda qeyd edilir ki, ittifaqın qapıları sağ təmayüllü bütün partiyaların üzünə açıqdır. 

Avropanın bir çox ölkəsində populist sağçı partiyalar böyük nüfuza sahibdir.

Finlandiya, İsveç və İsveçrədə, eləcə də Almaniyada bu partiyaların xüsusi çəkisi var.

Təkcə onu demək kifayətdir ki, Avropanın iki aparıcı dövləti olan Fransa və Almaniyada müvafiq olaraq 24 və 24 faizlik dəstəyə malikdirlər. 

 

 

 

Xəqani

Gununsesi.info