
Bəzi kübar və açıq geyimlərə də icazə verilməyəcək.
Gununsesi.info tacik mediasına istinadən xəbər verir ki, ölkədə cırıq cins, bədənin məhrəm yerlərini göstərən geyimlər də qadağan edilib.
Bu barədə mətbuata açıqlama verən Tacikistan parlamentinin deputatı Mujibaxan Cövhəri məlumat verib.
O, qanunun milli dəyərlər və adət – ənənələrin qorunub saxlanmasına xidmət edəcəyini bildirib.
Xatırladaq ki, 2018 – ci ildə tövsiyə xarakteri daşıyan geyim məhdudiyyəti bu il qanunla möhkəmlənirilib.
Xəqani
Gununsesi.info