Avropa Birliyinin Ukrayna ilə bağlı qərarı Fransanı qəzəbləndirib

Fransa xəstəxanaları maliyyələşdirmək əvəzinə Ukraynaya pul ayırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Belə ki, o, Kiyevin Avropa İttifaqından (Aİ) 1,9 milyard avro məbləğində yeni tranş almasına münasibət bildirib. Siyasətçi qeyd edib ki, bu məbləğin təxminən 400 milyon avrosu Paris tərəfindən ayrılıb:“Ancaq unutmayın. Xəstəxanalara, pensiyalara, dərmanlara pul yoxdur”.

Xatırladaq ki, iyunun 27-də Ukrayna Maliyyə Nazirliyi Aİ-dən qeyd-şərtsiz maliyyələşdirmənin növbəti tranşını aldığını açıqlayıb.

Departamentin rəhbəri Sergey Marçenko bildirib ki, respublika ərazisində hərbi əməliyyatlar başlayandan bəri Avropa İttifaqı Kiyevə 35 milyard avroya yaxın büdcə yardımı ayırıb ki, bu da makroiqtisadi sabitliyin qorunmasına kömək edib.

 

 

Gununsesi.info