23 il Ankaranın meri oldu, İstiqlal və cənazə marşlarını qarsıdırdı -Foto

1994 – 2017 – cı illərdə Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Melih Gökçək yenidən sosial medianın “radarına” yaxalanıb. 

Gununsesi.info türk mətbuatına istinadən bildirir ki, Türkiyənin qadınlardan ibarət yığma komandasını “İstiqlal marşı sayğısızlıq”da ittiham edən keçmiş bələdiyyə başqanı çıxılmaz vəziyyətə düşüb. 

Belə ki, onun paylaşdığı kadrlarda  idmançıların zümzümə etdiyi  İstiqlal marşı deyil, bildiyimiz cənazə musiqisi olub.

Dünya reytinqində birinci olan voleybolçu qızlara qarşı onun bu hərəkəti etirazlara səbəb olub.

Keçmiş mer ünvanına gələn yüzlərlə şərhə və etdiyi yanlış hərəkətə baxmayaraq, statusunu hələ də  silməyib. 

 

Xəqani

Gununsesi.info