
Yəmən husiləri (Ənsar Allah) Qırmızı dənizdə “Seajoy” gəmisini atəşə tutub.
Gununsesi.info xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.
Malta bayraqlı yük gəmisi dronların, raketlərin və pilotsuz qayıqların köməyi ilə “birbaşa və dəqiq” vurulub.
“Marine Traffic” portalının məlumatına görə, yük daşıyıcısı sonuncu dəfə 15 gün əvvəl İndoneziya yaxınlığındakı Malakka boğazında olduğu zaman yerləşdiyini bildirib.
Bundan əvvəl husilər Hayfa limanında və Aralıq dənizində İsrailə aid 5 gəmiyə hücum ediblər.
Ənsar Allah, həmçinin öz istehsalı olan ilk pilotsuz qayıq olan Tufan-1-i nümayiş etdirib.
Gununsesi.info