
Amerikalılar diqqətini ABŞ prezidenti Co Baydenin debat çıxışlarına deyil, ölkə üçün gördüyü bütün işlərə yönəltməlidir.
Gununsesi.info xəbər verir ki, xarici mətbuata istinadən bunu vitse-prezident Kamala Harris deyib.
“Amerikalılar, həqiqətən, prezident Baydenin debat səhnəsindəki çıxışından çox, vəzifədə olduğu müddətdə ölkə üçün nələrə nail olduğuna diqqət yetirməlidirlər” -deyə Harris vurğulayıb.
O, əlavə edib ki, Baydenin prezident kimi fəaliyyəti “uğurlu və artıq tarixidir”.
Qeyd edək ki, Harris əvvəllər mübahisənin əvvəlində Baydenin “ən yaxşı vəziyyətdə olmadığını” etiraf edib.
Lakin o qeyd edib ki, onun çıxışı “güclü sonluq”la bitib.
Şəbnəm
Gununsesi.info