Azərbaycanda 5 bal gücündə zəlzələ oldu - YenilənibA

Talış Dağlıq zonasında zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli saatla 07:43 radələrində baş verib. Zəlzələnin Lerikdə 5 bal gücündə olduğu qeyd edilib. Yeraltı təkan 18 km dərinlikdə yerləşib.

***

Sosial şəbəkələrdə zəlzələnin digər rayonlarda da hiss olunduğu bildirilir.

***

Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bir neçə rayonda hiss olunub.

Bildirilib ki, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda – Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabadda 4 bala, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.

 

 

Gununsesi.info