
Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.
***
Baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.
***
Abşeron rayonu “Şəfəq” qəsəbəsində baş verən yanğınla bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 6 nəfər (kişi cinsli) yerləşdirilib.
Gununsesi.info Report-a istinadən xəbər verir ki, onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
Qeyd edək ki, yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib:
2001-ci il təvəllüdlü Tural Məmmədov, 1994-cü il təvəllüdlü Elvin Nağıyev, 1999-cu il təvəllüdlü Məhəmməd Yaşar, Tərlan Kərimov, Mütəllim İbrahimov və Fərid Nədibov.
Gununsesi.info