Baydeni ölkə tarixindəki ən pis prezidentdir

Hazırkı Amerika lideri Co Bayden ölkə tarixindəki ən pis prezidentdir.

Gununsesi.info xəbər verir ki, bunu Arizona ştatından ABŞ Konqresinə Respublikaçılar Partiyasının namizədi Ketlin Uinn deyib.

“Düşünürəm ki, prezident Trampın qalib gəldiyi aydındır. Hazırlıqlı gəldi. O, Co Baydenə ən pis prezident olduğunu açıqladı” -deyə Ketlin Uinn bildirib.

Onun sözlərinə görə, bu, Trampın ən yaxşı çıxışlarından biri olub.

Uinn əlavə edib ki, Demokrat Partiyası Baydeni namizəd kimi saxlasa, təəccüblənəcək.

Xatırladaq ki, bundan əvvəl CNN-in sorğusu göstərmişdi ki, prezidentliyə namizədlərin ilk debatını izləyən tamaşaçıların 67 faizi qələbəni keçmiş Amerika liderinə verib.

Qeyd edək ki, respondentlərin 33 faizi Baydenin qalib gəlməyə layiq olduğunu düşünür.

 

 

Gununsesi.info