Gürcüstan futbol komandasının mükafatının məbləği açıqlanıb

Gürcüstanın baş naziri İrakli Kobaxidze 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının pley-off mərhələsinə çıxmaq üçün ölkənin milli futbol komandasının aldığı bonusun məbləğini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlmat yayıb.

Milyarder Bidzin İvanişvilinin komandaya ayırdığı məbləğ 10 milyon dollardan çoxdur.

Kobaxidze vurğulayıb ki, pley-offda hər qələbəyə görə gürcü futbolçular eyni bonusu alacaqlar.

Xatırladaq ki, iyunun 26-da Avro-2024-ün qrup mərhələsinin üçüncü oyununda Gürcüstan yığması Portuqaliya yığmasını 2:0 hesabı ilə məğlub edərək dörd xal toplayıb və qrupda üçüncü yerdən pley-offa yüksəlib.

1/8 finalda gürcülər İspaniya millisi ilə qarşılaşacaq.

Gürcüstan tarixdə ilk dəfə Avroda yarışır.

 

 

Gununsesi.info