Fransada Bəşər Əsədin həbsinə dair order qüvvədə qalacaq

  • By admin
  • 28 İyun 2024 08:42

 

Fransanın Suriya prezidenti Bəşər Əsədin müharibə cinayətlərinə görə verdiyi həbs qərarı Paris Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransa mediası yazıb.

Beləliklə, ilk dəfə olaraq dövlət başçısının şəxsi toxunulmazlığının mütləq olmadığı qəbul edildi.

Paris Apellyasiya Məhkəməsi qərara alıb ki, Suriya prezidenti Bəşər Əsədin Suriyada törədilmiş hərbi cinayətlərdə əli olduğu iddiası ilə ona qarşı beynəlxalq həbs qərarı qüvvədədir .

Suriya prezidenti Əsədə qarşı şikayət edən iddiaçıları və qeyri-hökumət təşkilatlarını təmsil edən vəkillər Jeanne Sulzer və Clemence Witt qərarın tarixi bir qərar olduğunu bildirib.

“Bu, ilk dəfədir ki, milli məhkəmə vəzifədə olan dövlət başçısının şəxsi toxunulmazlığının mütləq olmadığını tanıyıb”, – vəkillər öz bəyanatlarında bildiriblər.

 

May ayında Fransanın antiterror prokurorları Paris apellyasiya məhkəməsindən Əsədin hazırkı dövlət başçısı kimi mütləq toxunulmazlığa malik olduğunu bildirərək Suriya prezidentinin həbsinə dair orderin ləğvi ilə bağlı qərar verməsini istəyib.

Fransa məhkəmə orqanları ötən ilin noyabrında Əsədin həbsinə beynəlxalq order verib. Eyni zamanda, onun qardaşı, 4-cü Zirehli Diviziyanın komandiri Maher Əsəd və iki suriyalı general, Qassan Abbas və Bassam al-Hassan hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə iştirak etdikləri iddiası ilə həbs ediliblər.

Müharibə cinayətlərinə 2013-cü ildə Dəməşqin müxalifətin nəzarətində olan ərazilərinə kimyəvi hücum da daxildir.

 

Günay Mahirqızı

Gununsesi.info