Bayden Asanjı əfv etməyəcək

ABŞ prezidenti Co Bayden Wikileaks-in qurucusu Culian Assancı əfv etməyi düşünmür.

Gununsesi.info xəbər verir ki,  bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

O, qeyd edib ki, Baydenin bu məsələni nəzərə almaq fikri yoxdur.

Xatırladaq ki, bundan əvvəl WikiLeaks-in yaradıcısı Belmarş həbsxanasını tərk edərək Böyük Britaniyadan uçub.

Jurnalistin azadlığa buraxılması barədə qərar ittiham tərəfi ilə ilkin razılıq əldə edildikdən sonra qəbul edilib.

Qeyd edək ki, Assanj iyunun 26-da Avstraliyaya geri dönüb.

Avstraliyanın baş naziri Entoni Albanese jurnalistin azad edilməsində göstərdikləri köməyə görə ABŞ və Böyük Britaniyaya təşəkkür edib.

 

 

Şəbnəm

Gununsesi.info