Mingəçevirdə qadın dəm qazından öldü

  • By Günel
  • 27 Yanvar 2025 08:35

Mingəçevirdə dəm qazından zəhərlənən qadın ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərdəki yaşayış evlərinin birinin hamamında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Jalə İsrafilova dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info