“Qarabağ” – FKSB matçında 4-cü qol – CANLI

  • By Günel
  • 23 Yanvar 2025 23:20

Rəqib komanda hesabı bərabərləşdirib : 2- 2

***

Qarabağ” ilk hissənin sonlarında hesabı 2-1 edib. Rəqib avtoqol vurub.

***

7-ci dəqiqədə rəqib komanda hesabı bərabərləşdirib: 1 – 1

***

2-ci dəqiqədə “Qarabağ”ın oyunçusu Andrade hesabı açıb: 1 – 0

***

Bakı vaxtı ilə saat 21:45-də “Qarabağ” – FKSB matçı start götürüb.

***

UEFA Avropa Liqasının əsas mərhələsinin yeddinci turunda bu gün Bakıda keçiriləcək “Qarabağ” – FKSB (Rumıniya) matçı üçün start heyətləri bəlli olub.

Globalinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: Fabiyan Buntiç, Marko Yankoviç, Mateus Silva, Kevin Medina, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Julio Romao, Aleksey Kaşuk, Leandro Andrade, Abdullah Zubir, Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.

FKSB: Stefan Tarnovanu, Coyskim Dava, Florin Tanase, Daniel Birlicea Risto Radunoviç, Setefanesku, Valentin Kretu, Nqezana, Adrian Sut, David Mikulesku, Alhassan

Baş məşqçi: Elias Haralambus

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.