İşlədiyi bağçada intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.

Belə ki, bağçada fəhlə işləyən 1981-ci il təvəllüdlü Cəlal Musayev müəssisənin qazanxanasında özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info