
ALF Research yeni ictimai rəy sorğusunun nəticələrini sosial media hesabında paylaşıb. Aprel ayında keçirilən ilk ictimai rəy sorğusunda CHP-nin birinci yerdə olduğu, AKP-nin isə ikinci partiya olaraq stabilliyini qoruduğu görüldü. İki partiya arasında səs fərqi 1,4 faiz olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, müxalifətin növbədənkənar seçkilər keçirmək üçün hökumətə təzyiqindən sonra ictimai rəy sorğusu şirkətləri mümkün erkən seçkilərlə bağlı sorğularını davam etdirirlər.
Ən son ictimai rəy sorğusu ALF Research tərəfindən aparılıb. Alf Research aprel ayı ümumi seçki sorğusunu sosial media hesabında bir yazı vasitəsilə ictimaiyyətlə paylaşdı.
“Türkiyənin Seçici Panoraması” adlı sorğuda iştirakçılara “ Seçkilər bu bazar günü keçirilsəydi, hansı partiyaya səs verərdiniz? ” sualı verilib.
Anketdə CHP-yə səs verəcəyini söyləyən vətəndaşların nisbəti yüzdə 32,1 olarkən ; AKP-yə səs verəcəklərini deyən vətəndaşların nisbəti yüzdə 30,7 oldu . CHP ilə AKP arasındakı fərq isə nəticələrə yüzdə 1,4 olaraq əks olundu.
İlk sorğuda MHP-nin səs nisbəti 8,5 faiz olduğu halda, DEM Partiyasının səs dəstəyi 8,2 faiz olub.
Sorğuda digər partiyalara səs verəcək vətəndaşların seçimləri belə olub:
- Qələbə 5,1 faiz
- YRP 3,1 faiz
- İYİ Partiya yüzdə 2,7
- Bir partiya yüzdə 2,5
- BBP yüzdə 2,1
- TİP 1,4 faiz
- YMP yüzdə 1,4
- Digər 2,2 faiz
Orxan