Mingəçevirdə balıq ovlayan şəxs saxlanıldı

  • By Günel
  • 08 Mart 2025 20:17

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, su polisləri tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan N.Abdullayev saxlanılıb. Ondan rezin qayıq, tor, “domça” adlandırılan balıqovlama aləti, qanunsuz ovladığı balıqlar və digər əşyalar aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info