FHN Ağcabədidəki qəza ilə bağlı açıqlama yaydı - YENİLƏNDİ

  • By Günel
  • 28 Fevral 2025 23:06

Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində baş verən yol-nəqliyyat qəzasına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb edilib.

Bu barədə Gununsesi.info FHN-in mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək “MERCEDES” və “VAZ 2106″ markalı minik avtomobilləri ilə toqquşması nəticəsində zəncirvari yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib”.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sıxılı vəziyyətdə qalmış meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yol-nəqliyyat qəzası zamanı 5 nəfər həyatını itirib.

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Gununsesi.info