Ağcabədidə baş vermiş qəzada 5 nəfər öldü - YENİLƏNİB

  • By Günel
  • 28 Fevral 2025 20:50

Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.

Gununsesi.info xəbər verir ki, ölənərin adları məlum olub.

Məlumata görə, qəza nəticəsində keçinənlər 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğludur.

***

Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.

“Mercedes”, “Hyundai” və “VAZ” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada “VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info